Haqqimizda
Layihələr
Press-Relizlər
Nəşrlər
Mətbuat
 

 

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM)

Əlaqə:
E-mail: office@bmam-az.org; irsc.bmam@gmail.com

 

 

http://www.sherg.az/2008/09/10/get=9159

2008/09/10

"Yaşlı nəslin gözləmək imkanı yoxdur"
Köhnə əmanətlərin qaytarılması ilə bağlı ictimai müzakirələr keçirilib


http://www.sherg.az/photos/8100908.jpg Dünən Bakıda Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycanda əhalinin

SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılması problemi ilə bağlı ictimai müzakirələr keçirib.

"APA-Economics"in məlumatına görə, Açıq Cəmiyyət İnstitutuYadım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu araşdırma xarakterli layihənin icrasına bu ilin avqust ayının 1də başlanılıb.
Layihənin rəhbəri Rufiz Qonaqovun sözlərinə görə, sovet dövründən qalmış əmanətlərin qaytarılması ilə bağlı Milli Məclisin hər bir deputatına müraciətlər edilib: "Məqsədimiz ondan ibarətdir ki, bu aktual məsələnin həllini bir qədər sürətləndirək. Çünki yaşlı nəslin gözləmək imkanı yoxdur, bir qismi isə artıq dünyasını dəyişib. Ona görə, köhnə əmanətlərin qaytarılması msələsi olduqca vacib və zəruri məsələdir".
R.Qonaqov bildirib ki, əvvəllər bu bank əmanətlərinin indeksasiyasının aparılması üçün 1 rubl 1 ABŞ dolları ekvivalentində əsas kimi götürülüb. Lakin sonrada bu nisbət ətrafında ciddi diskussiyalar aparılıb və yekun qərar hələ də müəyyənləşməyib: "Bu məqsədlə təşkilatımız Rusiya və Ukrayna təcrübəsi üzrə araşdırmalar aparır".
İqtisadçı ekspert Vüqar Bayramov isə sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesinin mərhələlərlə həyata keçirilməsini daha məqsədə uyğun sayır.

 

Copyright ©2008 by BMAM: Web site by Digital Development