BMAM 28 may 2006-cı ildə, Bakı şəhərində bir qrup politoloq tərəfindən Respublikanın Müstəqillik günündə təsis edilmişdir. BMAM-ın sədri politoloq Rufiz Rəhim oğlu Qonaqovdur.
Missiyamız inkişaf etməkdə olan dünyada, xüsusən də Azərbaycan və regionda geopolitik durumu qiymətləndirmək, region üçün əhəmiyyətli olan beynəlxalq münasibətlər kontekstində araşdırmalar və tədqiqatlar aparmaq və ictimai müzakirələr təşkil etməkdir.
Necə və Nə üçün?
Beynəlxalq münasibətlərdə olan yeni meyllər sosial və siyasi-iqtisadi dəyişikliklərə apara bilər;
Qloballaşma və iqlim dəyişikliyi məsələləri böyük dövlətlərin inkişaf etməkdə olan dövlətlərə münasibətinə təsir edəcək və enerji resursları uğrunda mübarizəni daha da artıracaq;
Hökumət ictimai siyasət sahəsində yeni ideyalara ehtiyac duyur, gənc nəsil isə yeni bilik və bacarıqlar axtarışındadır.
1. Azərbaycan və region üçün beynəlxalq və yerli əhəmiyyət kəsb edən məsələlər üzrə böyük dövlətlər müstəvisində tədqiqat və araşdırmalar aparmaq;
2. Azərbaycan və region üçün beynəlxalq və yerli əhəmiyyət kəsb edən məsələlər üzrə öyrədici və tədqiqat tədbirləri təşkil etmək; 3. Demokratik inkişafa yardım edən ictimai siyasət məsələlərini inkişaf etdirmək.